Ödəniş Şərtləri .
Ümumi müddəalar 1. Bu Şərtlər silsupur.app vebsaytı və mobil tətbiqi (bundan sonra – Platforma) üzərindən təmizlik xidmətlərinin onlayn sifarişi və...
Ödəniş Şərtləri
Ümumi müddəalar
1. Bu Şərtlər silsupur.app vebsaytı və mobil tətbiqi (bundan sonra – Platforma) üzərindən təmizlik xidmətlərinin onlayn sifarişi və bu xidmətlərin haqqının ödənilməsi qayda və şərtlərini tənzimləyir. Platformanı "Lotos Cleaning" MMC (VÖEN: 1203991951, ünvan: AZ1044, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sahə ev 3/16) (bundan sonra – Silsüpür) idarə edir.
2. Sifarişçi hüquq və vəzifələrini qanunvericiliyə, bu Şərtlərə, İstifadəçi Razılaşmasına və Geri qaytarma və ləğv şərtlərinə əsasən əldə edir və həyata keçirir.
3. Platformada və Silsüpürün digər informasiya mənbələrində xidmətlərlə bağlı yerləşdirilmiş məlumatlar qeyri-müəyyən şəxslər dairəsinə ünvanlanmış oferta (ümumi oferta) xarakteri daşıyır. Sifarişçi tərəfindən Platforma vasitəsilə sifarişin verilməsi və ödənişin edilməsi Silsüpür ilə sifarişçi arasında müvafiq münasibətlərin yaranması üçün əsasdır. Sifariş Silsüpürün təklif etdiyi seçimlər və təlimatlar üzrə sifarişçinin sərbəst iradə ifadəsi ilə həyata keçirilir. Bu seçim və təlimatlara düzgün əməl edilməməsinin məsuliyyətini sifarişçi daşıyır.
4. Sifariş verməzdən əvvəl sifarişçi bu Şərtlərlə, xidmətin əhatə dairəsi, qiyməti və müddəti barədə Platformada yerləşdirilmiş məlumatlarla diqqətlə tanış olmalıdır. Sifarişi tamamlamaqla sifarişçi bu məlumatlardan xəbərdar olduğunu qəbul və təsdiq etmiş hesab edilir.
5. Silsüpür təmizlik xidmətini xidmət göstərən işçi vasitəsilə təşkil edir və ödənişin qəbulunu Ödəniş şirkəti vasitəsilə təmin edir.
Qiymət və sifariş qaydası
6. Xidmətin qiyməti sifarişçinin seçdiyi xidmət növünə, sahəyə (kvadratmetrə), müddətə, işçi sayına və əlavə seçimlərə görə hesablanır və sifarişin təsdiqindən əvvəl Platformada göstərilir. Göstərilən məbləğ yekun məbləğdir. Qiymətlər Azərbaycan manatı (AZN) ilə göstərilir.
7. Sifariş xidməti çərçivəsində sifarişçi son istehlak məqsədilə Platforma üzərindən xidməti seçir, tam elektron qaydada edir və sifariş təsdiqlənir.
8. Sifariş və ödəniş Platforma vasitəsilə addım-addım icra edilir və aşağıdakılardan ibarətdir:
8.1. xidmət növünün, sahənin, tarixin və saatın seçilməsi;
8.2. ünvan və əlaqə məlumatlarının daxil edilməsi, xidmətlə bağlı xüsusi qeydin (varsa) əlavə edilməsi;
8.3. kupon və ya endirim kodunun (varsa) tətbiq edilməsi;
8.4. bu Şərtlər, Məxfilik Siyasəti və Geri qaytarma şərtləri ilə tanış və razı olduğunun müvafiq xanaya işarə qoymaqla təsdiq edilməsi;
8.5. ödəniş üsulunun seçilməsi və məbləğin ödənilməsi;
8.6. ödəniş edildikdən sonra sifarişin təsdiqlənməsi və ödəniş barədə sifarişçiyə sifariş nömrəsi ilə birlikdə məlumatın təqdim edilməsi;
8.7. ödəniş icra edilmədiyi halda sifariş tamamlanmır və icra edilmir.
9. Sifarişçi sifarişin təsdiqi və ödənişi barədə məlumatın saxlanılması üçün lazımi səy göstərməlidir.
Ödəniş üsulları
10. Ödəniş aşağıdakı üsullarla həyata keçirilir:
10.1. bank (debet və ya kredit) kartı ilə – ödənişlərin yığımı Silsüpürlə müqavilə əsasında işləyən lisenziyalı ödəniş xidməti təchizatçısı Yığım payment (bundan sonra – Ödəniş şirkəti) vasitəsilə həyata keçirilir. Kart məlumatları Silsüpürə ötürülmür və Silsüpürdə saxlanılmır, yalnız Ödəniş şirkəti tərəfindən emal edilir;
10.2. bank köçürməsi ilə – Platformada göstərilən rekvizitlər üzrə, ödəniş təyinatında sifariş nömrəsi qeyd edilməklə. Sifariş ödəniş yoxlandıqdan sonra təsdiqlənir;
10.3. Ödəniş şirkəti ödəniş əməliyyatının icrasına, təhlükəsizliyinə və kart məlumatlarının qorunmasına görə öz qaydaları və qanunvericilik çərçivəsində məsuliyyət daşıyır. Kartdan vəsaitin tutulması və geri qaytarılması Ödəniş şirkəti və sifarişçinin bankı vasitəsilə aparılır. Ödəniş şirkətinin tətbiq etdiyi bank və ya əməliyyat komissiyası (varsa) ödənişdən əvvəl sifarişçiyə göstərilir.
11. Sifarişçi öz adına olan və ya istifadəsinə səlahiyyəti olduğu karta/hesabdan ödəniş etməli, düzgün məlumat verməlidir. Yanlış məlumat verilməsi nəticəsində yaranan çətinliklərin riski sifarişçiyə aiddir.
12. Faktura tələb edən sifarişçi bu seçimi sifariş zamanı işarələməli və şirkət məlumatlarını düzgün göstərməlidir. Faktura tələb edildikdə məbləğə qanunvericiliyə uyğun ƏDV əlavə olunur.
13. Kupon və endirimlər yalnız göstərilən müddət və şərtlər daxilində keçərlidir, nağdlaşdırılmır və ayrıca qeyd edilməyibsə bir-biri ilə birləşdirilmir.
Xidmətin icrası, ləğv və geri qaytarma
14. Xidmətin göstərilməsi vaxtında sifarişçi və ya onun nümayəndəsi ünvanda olmalı və xidmət göstərənin işə başlaması üçün şərait yaratmalıdır. Xidmət başlanğıcında 1 saata qədər gecikmələr normal hesab edilir. Sifarişçinin ünvanda olmaması və ya əlaqə saxlanılmaması səbəbindən xidmətin icrası mümkün olmazsa, 30 dəqiqə gözləmə müddəti keçdikdən sonra xidmət icra edilmiş hesab edilə bilər və ödənilmiş vəsait geri qaytarılmır.
15. Sifarişin ləğvi və tarixin dəyişdirilməsi:
15.1. xidmət başlanğıcına 24 saat qalana qədər ləğv və ya tarix dəyişikliyi ödənişsizdir və ödənilmiş məbləğ tam qaytarılır;
15.2. xidmət başlanğıcına 24 saatdan az qaldıqda ləğv edilərsə, xidmət məbləğinin 75%-i məbləğində ləğv haqqı tutulur, qalan məbləğ qaytarılır;
15.3. xidmət başlandıqdan sonra ləğv edilərsə, ödəniş geri qaytarılmır, 16-cı bənddə nəzərdə tutulmuş hallar istisna olmaqla.
16. Keyfiyyətlə bağlı iddia: xidmət başa çatdıqdan sonra 1 saat ərzində sifarişçi keyfiyyətlə bağlı iddiasını Platforma və ya [email protected] / +994 50 505 8811 vasitəsilə bildirməlidir.
17. Xidmət Silsüpürün və ya xidmət göstərənin təqsiri ucbatından baş tutmadıqda və ya yenidən təşkil edilməsi mümkün olmadıqda sifarişçinin ödədiyi vəsait ona tam geri qaytarılır.
18. Geri qaytarma ödənişin edildiyi üsulla (kart və ya hesab), təsdiqdən sonra 14 iş günü ərzində həyata keçirilir. Bankın emal müddəti bu müddətə daxil deyil. Texniki xəta səbəbindən məbləğ iki dəfə tutularsa, sifarişçi müraciət edərək artıq tutulan hissənin qaytarılmasını tələb edə bilər.
19. Xidmətin icrası xidmət göstərənin işini tam başa vurması və sifarişçinin Platforma üzərində xidməti təsdiq etməsi və ya 1 saat ərzində etiraz etməməsi ilə tamamlanmış hesab edilir.
Digər müddəalar
20. Sifarişçi Platformadan istifadə etməklə, xidmətlərin təqdim edilməsi, keyfiyyətinin artırılması və qanunvericiliyin tələblərinin yerinə yetirilməsi məqsədilə özü barədə fərdi məlumatların avtomatlaşdırılmış və ya digər üsullarla emalına, o cümlədən toplanılmasına, istifadəsinə, saxlanılmasına və qanunvericiliklə müəyyən edilmiş hallarda, o cümlədən ödənişin icrası üçün Ödəniş şirkətinə ötürülməsinə razılıq verir. Məlumatların emalı Məxfilik Siyasətinə uyğun aparılır. Qanunvericiliklə məcburi saxlanılması tələb olunan məlumatlar istisna olmaqla, sifarişçi razılığını yazılı müraciətlə geri çağıra bilər.
21. Ödənişlə bağlı sual və şikayətlər [email protected] e-poçt ünvanına və ya +994 50 505 8811 nömrəsinə göndərilə bilər və 3 iş günü ərzində cavablandırılır. Razılıq əldə edilmədikdə mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həll edilir.
22. Bu Şərtlər Silsüpür tərəfindən birtərəfli qaydada dəyişdirilə bilər. Yenilənmiş versiya Platformada dərc edildiyi andan qüvvəyə minir və yalnız bundan sonra verilən sifarişlərə şamil olunur.
Əlaqə məlumatları
Şirkət: "Lotos Cleaning" MMC
VÖEN: 1203991951
Ünvan: AZ1044, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sahə ev 3/16
E-poçt: [email protected]
Telefon: +994 50 505 8811
Son yenilənmə tarixi: 16.10.2026