Məxfilik Siyasəti .

Bu bildirişin məqsədi "Lotos Cleaning" [Lotos Cleaning MMC, VÖEN 1203991951] (bundan sonra "Şirkət") tərəfindən idarə olunan www.silsupur.app saytı və Silsüpür...

Məxfilik Siyasəti

Bu bildirişin məqsədi "Lotos Cleaning" [Lotos Cleaning MMC, VÖEN 1203991951] (bundan sonra "Şirkət") tərəfindən idarə olunan www.silsupur.app saytı və Silsüpür tətbiqinin (bundan sonra "Platforma") istifadəsi zamanı istifadəçilərdən əldə edilən fərdi məlumatların istifadə şərtlərini müəyyən etməkdir. İstifadəçi "İstifadəçi Razılaşması"nı qəbul etməklə Məxfilik Siyasətini də qəbul etmiş sayılır.

1. Emal olunan məlumatlar

İstifadəçi Platformada qeydiyyatdan keçərkən, hesaba daxil olarkən və sifariş verərkən sistem aşağıdakı fərdi məlumatları qeydə alır:

  • Ad, soyad, ünvan, e-poçt ünvanı, mobil və ya iş telefon nömrəsi;

  • Telefon nömrəsinin təsdiqi üçün birdəfəlik təsdiq kodu (OTP) və hesaba girişin təhlükəsizliyi ilə bağlı digər məlumatlar;

  • Sifariş məlumatları: xidmət növü, obyektin ünvanı və sahəsi, tarix və vaxt, qeydlər;

  • Ödəniş əməliyyatları üçün zəruri olan məlumatlar

  • Texniki məlumatlar: IP ünvanı, cihaz və brauzer məlumatları, kuki faylları.

Şirkət İstifadəçinin Platformadan istifadə zamanı təqdim etdiyi məlumatlara çıxış əldə edə bilər. İstifadəçi bu Siyasəti qəbul etməklə Şirkətdən sifariş statusu və xidmətlə bağlı məlumatlandırıcı e-poçt və SMS bildirişlərinin telefon nömrəsinə və e-poçt ünvanına göndərilməsinə razılıq verir. Kampaniya və təşviq xarakterli mesajlardan istənilən vaxt imtina etmək mümkündür.

"Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, geri qaytarılmaz şəkildə anonimləşdirilmiş məlumatlar fərdi məlumat sayılmır və bu məlumatların emalı bu bildirişin şərtləri ilə bağlı olmadan həyata keçirilə bilər.

2. Qeydə alınan məlumatların istifadə məqsədi

Şirkət fərdi məlumatlardan aşağıdakı məqsədlərlə istifadə edir:

  • sifarişlərin qəbulu, xidmət göstərən təmizlik şirkətinə ötürülməsi və xidmətin yerinə yetirilməsi;

  • ödənişlərin həyata keçirilməsi və maliyyə uçotu;

  • müştəri dəstəyi və şikayətlərin həlli;

  • xidmətin keyfiyyətinin və Platformanın işinin yaxşılaşdırılması;

  • kampaniya və təkliflər barədə məlumatlandırma;

  • qanunvericiliklə və İstifadəçi Razılaşması ilə nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsi.

Sistemdə yarana biləcək problemlərin aşkarlanması və aradan qaldırılması, habelə istifadəçi araşdırması və təhlili üçün Şirkət İstifadəçinin IP ünvanını müəyyən edə və istifadə edə bilər. Demoqrafik araşdırmalarda Şirkət fərdi məlumatları üçüncü şəxslərlə yalnız araşdırılan mövzu ilə məhdud olmaqla və mümkün olduqda anonim şəkildə paylaşa bilər.

3. Məlumatlara kimlər çıxış edə bilər?

Şirkət fərdi məlumatları 2-ci bənddə göstərilən məqsədlərə xidmət etmək şərti ilə və yalnız həmin məqsədlə məhdud olaraq aşağıdakı tərəflərlə paylaşa bilər:

  • sifarişi yerinə yetirən təmizlik şirkəti (ad, telefon, ünvan və sifariş məlumatları, yalnız xidmətin göstərilməsi üçün zəruri həddə);

  • ödəniş provayderi və bank təşkilatları;

  • SMS, OTP, e-poçt, analitika və reklam xidməti göstərən təchizatçılar;

  • qanunvericiliyə əsasən məlumat tələb etmək hüququ olan dövlət orqanları.

Şirkət qanunvericiliklə nəzərdə tutulmuş istisna hallarda fərdi məlumatları istifadəçinin əlavə razılığı olmadan emal edə və üçüncü şəxslərlə paylaşa bilər.

Şirkət fərdi məlumatları öz və ya xidmət təchizatçılarının serverlərində, o cümlədən Azərbaycan Respublikasından kənarda yerləşən serverlərdə qanunvericiliyin tələblərinə riayət etməklə saxlaya və emal edə bilər.

4. Fərdi məlumatların saxlanma müddəti

Şirkət fərdi məlumatları xidmətlərin göstərildiyi müddət ərzində saxlayır. Yarana biləcək mübahisə hallarında müdafiə hüququnun təmin edilməsi üçün məlumatlar qanunvericiliklə müəyyən edilmiş müddət ərzində məhdud şəkildə saxlanıla bilər.

5. Məlumat təhlükəsizliyi tədbirləri və öhdəliklər

Şirkət elektron mühitdə ötürülən fərdi məlumatların qanunsuz emal olunmaması, onlara icazəsiz çıxışın qarşısının alınması və qorunması üçün zəruri təhlükəsizlik tədbirlərini görməyi və lazımi yoxlamaları aparmağı öhdəsinə götürür. Eyni zamanda, təhlükəsizliyin tam təmin olunması üçün istifadəçi də öz cihazında virus əleyhinə qoruma vasitələrindən istifadə etməlidir.

Şirkət istifadəçilərə aid fərdi məlumatları bu bildirişə və qüvvədə olan qanunvericiliyə zidd şəkildə başqalarına ötürə və emal məqsədindən kənar istifadə edə bilməz.

Platformada başqa tətbiq və ya saytlara keçid verildiyi halda, Şirkət həmin resursların məxfilik siyasətinə və məzmununa görə məsuliyyət daşımır.

6. Kuki faylları və analitika

Platforma istifadəçi təcrübəsini yaxşılaşdırmaq, trafikə nəzarət etmək və reklam kampaniyalarının effektivliyini ölçmək üçün kuki faylları və analitika və reklam alətlərindən (məsələn, Google Analytics, Meta Pixel) istifadə edə bilər. İstifadəçi kuki fayllarını brauzer parametrlərindən idarə edə və ya silə bilər.

7. İstifadəçinin hüquqları

İstifadəçi qanunvericiliyə uyğun olaraq aşağıdakı hüquqlara malikdir:

  • özü barədə hansı məlumatların emal olunduğunu öyrənmək;

  • yanlış və ya natamam məlumatların düzəldilməsini tələb etmək;

  • məlumatların silinməsini və ya məhv edilməsini tələb etmək (qanunvericilik tələbləri ilə saxlanılmalı olan məlumatlar istisna olmaqla);

  • verdiyi razılığı geri götürmək və kampaniya mesajlarından imtina etmək.

Bu hüquqlardan istifadə üçün [email protected] ünvanına müraciət etmək olar.

8. Bildirişdə dəyişikliklər

Şirkət bu bildirişin müddəalarını Platformada dərc etməklə dəyişdirmək hüququna malikdir. Dəyişdirilmiş müddəalar dərc olunduğu tarixdən qüvvəyə minir.

9. Əlaqə məlumatları

Şirkət: "Lotos Cleaning" MMC

VÖEN: 1203991951

Ünvan: AZ1044, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi Sahə ev 3/16

E-poçt: [email protected]

Telefon: +99450 505 88 11

Son yenilənmə tarixi: 16.10.2026