Geri qaytarma və ləğv şərtləri .

1. Ümumi müddəalar Silsüpür platformasında sifariş etdiyiniz xidmət razılaşdırılmış şəkildə göstərilmədikdə, natamam icra olunduqda və ya xidmət zamanı əmlaka zərər...

Geri qaytarma və ləğv şərtləri

1. Ümumi müddəalar

Silsüpür platformasında sifariş etdiyiniz xidmət razılaşdırılmış şəkildə göstərilmədikdə, natamam icra olunduqda və ya xidmət zamanı əmlaka zərər dəydikdə, aşağıdakı şərtlərə uyğun olaraq xidmətin təkrar icrası, ləğvi və ya ödənişin geri qaytarılması tələb oluna bilər. Platformanı "Lotos Cleaning" MMC idarə edir (bundan sonra "Şirkət").

2. Sifarişin ləğvi və ödənişin geri qaytarılması

Sifariş verildikdən sonra ilk 1 saat ərzində ləğv edilən sifarişlər üzrə ödəniş tam şəkildə geri qaytarılır. Bu müddətdən sonra ləğvetmə halında geri ödəniş həyata keçirilir.

3. Xidmət tamamlandıqdan sonra

Xidmət tam icra olunduqdan sonra xidməti göstərən təmizlik şirkətinin haqqı yaranır və ödəniş tam şəkildə həyata keçirilir. Xidmət razılaşdırılandan az müddətə icra edildiyi barədə bildiriş daxil olarsa, çatışmayan hissəyə uyğun ödənişin bir hissəsi qismən geri qaytarılır.

4. Xidmət çatışmazlığı və əmlaka dəyən zərər

Xidmət razılaşdırılmış həcmdə göstərilməyibsə, keyfiyyətsiz icra olunubsa və ya xidmət zamanı əmlaka zərər dəyibsə:

  • xidmətin göstərildiyi gündən etibarən 24 saat ərzində aşağıdakı əlaqə vasitələri ilə Şirkətə müraciət edin;

  • mümkünsə problemi göstərən foto və ya video əlavə edin;

  • Şirkət müraciəti araşdırır və xidmət göstərən şirkətlə əlaqələndirir;

  • araşdırmanın nəticəsinə görə təkrar təmizlik, ödənişin qismən və ya tam geri qaytarılması və ya digər həll təklif olunur.

Tam və razılaşdırılmış şəkildə icra olunmuş xidmət geri qaytarıla bilməz. Müraciətlər qüvvədə olan qanunvericiliyə, o cümlədən "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun nəzərdən keçirilir.

5. Geri ödəniş qaydası

Geri ödəniş ödənişin edildiyi bank kartına və ya ödəniş vasitəsinə həyata keçirilir. Məbləğin hesabınıza daxil olma müddəti bankın prosesindən asılıdır və təxminən 5-30 iş günü çəkə bilər.

6. Müraciət qaydası

Müraciətin tez və düzgün həll olunması üçün aşağıdakı məlumatları göndərin:

  • sifariş nömrəsi və xidmətin tarixi;

  • ad, soyad və telefon nömrəsi;

  • problemin qısa təsviri və varsa foto və video.

Müraciətinizi [email protected] ünvanına və ya +99450 505 8811 nömrəsinə göndərə bilərsiniz.

7. Təhlükəsiz ödəniş

Silsüpür təhlükəsiz ödəniş sistemi YIĞIM payment ilə işləyir. Ödənişi kredit, debet və ya virtual bank kartı ilə edə bilərsiniz.

8. Əlaqə məlumatları

Şirkət: "Lotos Cleaning" MMC

VÖEN: 1203991951

Ünvan: AZ1044, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi Sahə ev 3/16

E-poçt: [email protected]

Telefon: +994 50 505 8811

Son yenilənmə tarixi: 16.10.2026