SİL SÜPÜR İLƏ KORPORATİV TƏMİZLİK
- Azərbaycan üzrə xidmət göstərən ilk və tək “təmizlik platforması”
- Təcrübəli təmizlikçilər
- Bəyənməsəniz 1 saat ərzində pulun geri qaytarılması
- %98 məmnuniyyət dərəcəsi
- 6000 üzv təmizlikçi
- Ehtiyacınıza uyğun təmizlik imkanı
Sil Süpür Korporativ təmizlik;Müəssisələr, ofislər, dövlət qurumları, fabriklər, xəstəxanalar kimi böyük miqyaslı və peşəkar sahələrin müntəzəm və dərindən təmizlənməsində peşəkar həll tərəfdaşıdır. Belə böyük və planlı təmizlik tələb edən yerlərin təmizlik şirkətləri tərəfindən idarə olunması müəssisələrə böyük üstünlüklər təmin edir. Sil Süpür qurumun ehtiyacına uyğun həllər təqdim edərək müntəzəm və ya anlıq tələblərə korporativ cavab verir. Müntəzəm aparılan korporativ təmizlik iş yerinizin həm gigiyenik, həm də nüfuzlu bir imic qazanmasına töhfə verir. Korporativ təmizlik tələblərinin qüsursuz yerinə yetirilməsində liderik. Müştəri rəylərimizi və tərəfdaşlarımızı nəzərdən keçirməyinizi tövsiyə edirik.
Korporativ Təmizlik
Korporativ Təmizliyin Üstünlükləri
- Faktura ilə rəsmiləşdirilən xidmətdir və vergi üstünlükləri təmin edir.
- Təmizlikçinin işə gələ bilmədiyi hallarda xidmətin dayanmaması üçün dərhal başqa bir işçi təyin edilərək fasiləsiz xidmət təmin olunur.
- Təmizlik şirkəti və platforması olaraq bütün təmizlik ehtiyaclarınız üçün vahid həll tərəfdaşlığı imkanı. Digər təmizlik ehtiyaclarınız da sərfəli və sürətli həllini tapır.
- Xidmət tələblərinizi iş yükünüzə görə planlaşdıra biləcəyiniz maliyyə üstünlüklərinə sahib olursunuz. (Əlavə təmizlik işçisi və s.)
- İşçilərin sosial hüquqlarının tənzimlənməsində iş yükü, xərc və vaxt itkisi yaşanmır. İnsan resursları baxımından qənaət təmin edilir.
- Təmizlik sektorunda karyera hədəfi azlığı və işçi axını səbəbindən yaranan davamlılıq problemi tərəfimizdən peşəkarcasına idarə olunur. Fasiləsiz xidmət təmin edilir.
- İşçidən narazılıq yarandığı təqdirdə sürətli və problemsiz şəkildə işçi dəyişdirilərək xidmət keyfiyyəti qorunur.
Niyə Korporativ Təmizlikdə Sil Süpür Seçilir?
Sil Süpür 2016-cı ildən bu yana korporativ təmizlikdə ən çox üstünlük verilən təmizlik şirkətləri arasındadır. Təqdim etdiyimiz fərdi korporativ həllər ilə davamlılıq yaradırıq. Xidmət göstərdiyimiz müəssisələrdə sağlam və gigiyenik iş mühiti təmin etməyimiz sayəsində iş məhsuldarlığı artır. Əməkdaşların motivasiyasını artırmaqla yanaşı şirkətin peşəkar imicinə də töhfə verir. Müntəzəm audit və rəylər sayəsində məmnun korporativ müştərilərimizlə uzunmüddətli əməkdaşlıq edirik.
Mətbəx Təmizliyi
- Bütün zibillər toplanır, təmiz zibil torbaları taxılır
- Şüşələr və qapılar silinir
- Piştaxtanın üstü səliqəyə salınır və təmizlənir
- Masa və stullar silinir
- Şkaflar, kafel-metlax, moyka və məişət texnikalarının xarici səthləri silinir
- Qablar maşına yığılır
- Döşəmə səthi silinib süpürülür
Banyo/Tuvalet Temizliği
- Bütün zibillər toplanır. Təmiz zibil torbaları taxılır
- Əlüzyuyan hissəsində şkaflar, güzgü, qapı və kafellər silinir
- Unitaz, əlüzyuyan və duşkabin təmizlənir
- Paltarlar yığılır, maşına yerləşdirilir
- Döşəmə səthi silinib süpürülür
Ofis Sahələrinin Təmizliyi
- Şüşələr və qapılar silinir.
- Mebellər, kompüterlər və aksesuarlar silinir.
- Kresloların üst tozu alınır və səliqəyə salınır.
- Döşəmə səthi silinib süpürülür.