Tez-tez Verilən Suallar .
Sil Süpür xidmətlərimizlə bağlı bütün maraqlandıqlarınızı burada tapa bilərsiniz. Tez-tez verilən suallara cavab tapmaq üçün dərhal nəzərdən keçirin.
Tez-tez SoruşulanSuallar
Silsüpür ev, ofis və digər məkanlar üçün peşəkar təmizlik xidmətlərini onlayn sifariş etməyə imkan verən platformadır. Siz xidməti seçir, sifariş verir, ödəniş edir və sifarişi bir yerdən idarə edirsiniz. Xidməti platformaya qoşulmuş təmizlik şirkətləri göstərir.
Hazırda xidmət Bakı göstərilir. Ünvanınızın xidmət zonasına daxil olub-olmadığını sifariş zamanı yoxlaya bilərsiniz. Yeni ərazilər əlavə edildikcə platformada göstəriləcək.
Platformada aşağıdakı xidmətlər mövcuddur:
- Ev təmizliyi (gündəlik və periodik)
- Dərin təmizlik
- Köçdən əvvəl və köçdən sonra təmizlik
- Boş ev təmizliyi
- Təmirdən sonra təmizlik
- Villa təmizliyi
- Hovuz təmizliyi
- Şüşə və pəncərə təmizliyi
- Ofis təmizliyi
- Digər xüsusi təmizlik xidmətləri
- Yumşaq mebel / divan təmizliyi
- Pərdə təmizliyi
Silsüpür veb saytı vəya mobil tətbiq üzərindən xidmət növünü, ünvanı, sahəni, tarix və saatı seçərək sifariş yarada bilərsiniz. Sifarişi təsdiqlədikdən sonra ödənişi platformada edirsiniz.
Platformaya qoşulan təmizlik şirkətləri qeydiyyat sənədləri, VÖEN və fəaliyyət məlumatları üzrə yoxlanılır. Müştəri rəyləri və şikayətlər isə davamlı izlənir.
Müddət xidmət növündən və sahənin ölçüsündən asılıdır.
Təmizliyin keyfiyyətli və təhlükəsiz keçməsi üçün aşağıdakıları tövsiyə edirik:
- Dəyərli və kövrək əşyaları kənara yığın
- Evdə ev heyvanı, uşaq və ya allergiya varsa, sifarişdə qeyd edin
- Xüsusi diqqət tələb edən səthlər barədə əvvəlcədən xəbər verin
- Ünvanı, mərtəbəni və giriş qaydasını dəqiq yazın
Sifariş zamanı xidmətin şərtlərində avadanlıq və təmizlik vasitələrinin kim tərəfindən təmin edildiyi göstərilir.
Sifarişin statusundan asılı olaraq tarix və saat dəyişdirilə bilər. Bunu şəxsi kabinetdən vəya müştəri dəstəyi vasitəsilə edə bilərsiniz.
Bəli. Ehtiyacınıza uyğun olaraq təkrar və müntəzəm (həftəlik, iki həftədən bir və s.) təmizlik sifarişləri yarada bilərsiniz.
Sifarişlərinizi Silsüpür tətbiqi və ya şəxsi kabinetiniz vasitəsilə izləyə bilərsiniz.
Qiymət seçdiyiniz xidmət növünə və məkanın sahəsinə (kvm) görə hesablanır. Yekun məbləği sifarişi təsdiqləməzdən əvvəl görürsünüz.
Ödəniş sifariş zamanı platformada təqdim olunan elektron ödəniş üsulları ilə, Visa və Mastercard bank kartı ilə həyata keçirilir. Ödənişlər təhlükəsiz ödəniş sistemi ödəniş provayderinin adı vasitəsilə emal olunur.
Promo kodu sifariş zamanı müvafiq xanaya daxil edirsiniz.
Bəli. Sifarişi ilk 1 saat ərzində vəya xidmətin başlamasına 12 saat qalanadək ləğv etsəniz, ödəniş geri qaytarılır. Ətraflı məlumat üçün Geri qaytarma və ləğv şərtləri səhifəsinə baxın.
Problem barədə dərhal Silsüpür tətbiqi, +99450 505 88 11 telefon xətti və ya [email protected] e-poçt vasitəsilə müştəri dəstəyinə məlumat verin. Mümkünsə foto və ya video əlavə edin.
Xidmətin göstərildiyi gündən etibarən 24 saat ərzində problemi müştəri dəstəyinə bildirin. Müraciətiniz xidmətin şərtlərinə uyğun araşdırılır və nəticəsinə görə təkrar təmizlik, qismən və ya tam geri ödəniş təklif oluna bilər.
Bəli, ofis, restoran, otel, klinika və digər biznes obyektləri üçün təmizlik sifariş etmək olar. Mütəmadi korporativ təmizlik, müqavilə və qaimə-faktura məsələlərində bizimlə [email protected] e-poçt ünvanı vasitəsilə əlaqə saxlayın.
Təmizlik şirkətləri Silsüpür-ə qoşularaq yeni müştərilər və rəqəmsal sifariş kanalı əldə edə bilər. Qoşulma şərtləri, müqavilə və qeydiyyat üçün [email protected] e-poçt ünvanına yazın.