Evdə təmizlik planı: gündəlik, həftəlik və aylıq çek-list .
Evi hər dəfə böyük təmizliklə təmiz saxlamaq çətindir. Daha rahat yol işi kiçik hissələrə bölməkdir. Aşağıdakı plan hər gün az vaxt aparır və evi nizamlı saxlayır.
Gündəlik (10-20 dəqiqə)
-
Yataq yığmaq və əşyaları yerinə qoymaq
-
Mətbəx səthini və lavabonu silmək
-
Qabları yumaq və ya qabyuyana düzmək
-
Zibili çıxarmaq
-
Döşəməni sürətlə süpürmək
Həftəlik
-
Döşəmələrin tozsoranla və nəm təmizliklə yuyulması
-
Vanna otağı və tualetin təmizlənməsi
-
Mətbəx səthlərinin və sobanın silinməsi
-
Yataq paltarının dəyişdirilməsi
-
Güzgü və şüşələrin silinməsi
-
Soyuducunun yoxlanılması, xarab olmuş məhsulların atılması
Aylıq və mövsümi
-
Pəncərə və çərçivələrin yuyulması
-
Şkaf üstünün və plintusların silinməsi
-
Soyuducu və şkafların içinin təmizlənməsi
-
Əhəng izlərinin təmizlənməsi
-
Xalça və mebelin dərin təmizliyi
Vaxtınız yoxdursa
Həftəlik və aylıq işləri peşəkarlara həvalə edə bilərsiniz. Gündəlik kiçik işləri özünüz görərək evi səliqəli saxlamaq olar.
Həftəlik təmizliyi Silsüpür-də sifariş edin, vaxtınızı özünüzə ayırın: silsupur.app